"Ərimdən uzaq dur! Əl çək ondan!"

Bunu deyən qadın qarşısındakı qadını yumruqlamağa başlayıb.

Hadisə Çinin şimal-şərqindəki Henan vilayətində, Çjençju şəhərində yaşanıb.

TMZ bildirir ki, ərinin məşuqəsini küçədə "tutan" qadın rəfiqəsi ilə birlikdə onu döyməyə başlayıb.

23-25 yaşlı qadını döyən qəzəbli xanıma rəfiqəsi də yardım edirdi.

"Ərimi nə ilə, necə şirnikləndirdin?! Bədəninlə?! İndi baxarıq sənin bədəninə" deyən qəzəbli qadın vurub yerə yıxdığı qurbanını soyundurub.

Küçədən keçənlərdən kimsə baş verənlərə qarışmayıb.

Hadisə yerinə gəlmiş polis ərinin xəyanətinə məruz qalmış qadınla rəfiqəsini saxlayıb.