Tailand Krallığında hökumət sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərə morqda işləmək cəzası verməyi planlaşdırır.

Hər gün artan avtomobil qəzaları və spirtli içki qəbul edib sükan arxasına oturan sürücülərə qarşı tədbir almaq istəyən Tailand hökuməti son çarə olaraq bu yola əl atıb. Belə ki, sərxoş olduğu müəyyən edilən sürücülər xəstəxanaların morqunda çalışacaq.

Qeyd edək ki, Tailandda hər il su bayramı ərəfəsində minlərlə qəza meydana gəlir və bu qəzaların böyük bir qisminə sərxoş sürücülər səbəb olur. "7 təhükəli gün olaraq qəbul edilən bayram tətilində hər saatdan bir 2 nəfər ölür və 160 nəfər yaralanır.