ABŞ Dövlət Departamenti Avropada terror aktlarının davam edəcəyini istisna etmir.

Unikal.org Trend-ə istinadən bildirir ki, Departament bunu Suriya və İraqda hərbi əməliyyatlarda iştirak etmiş Avropa ölkələrinin vətəndaşlarının vətənlərinə qayıdışı ilə əlaqələndirir.

ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik Bürosunun məlumatında deyilir: "ABŞ hökuməti hesab edir ki, İŞİD sıralarındakı avropalılar Suriya və İraqdan qayıtdığı müddətdə Avropada terror hücumlarının qalma ehtimalı var".

Qeyd edək ki, iyulun 15-də gecə saatlarında Nitsa şəhərində terror aktı törədilib. Naməlum şəxslər yük maşınını kütlənin üstünə sürüb, sonra avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.