Dünya şöhrətli azərbaycanlı müğənni Sami Yusuf yeni albomunun tanıtımı və konsert üçün qardaş ölkə Türkiyəyə gəlib. 

Unikal.org ANS PRESS-ə istinadən xəbər verir ki, konsertdən öncə Sami Yusuf mətbuat nümayəndələri ilə görüşüb. İfaçı Fransadakı terroru qınıyandan sonra Türkiyə ilə bağlı maraqlı açıqlama edib.

Mətbuat konfransda danışan Sami Yusuf, ötən gecə Fransanın Nitsa şəhərində meydana gələn terror hücumu səbəbindən kədərini dilə gətirərək, "Təəssüf ki, terror Pakistanda, Türkiyədə dünyanın bir çox yerində yaşanır. Günahsız insanların həyatına son qoyan bu hadisələrin sona çatmasını diləyirəm", dedi.

"Barakah" albomunda əsas qayə bizim kim olduğumuzu və nə düşündüyümüzü göstərməmizdir. Bu albom min ildən çox müqəddəs bir musiqinin qaynağıdır.

Albomda min ildən çox İslam musiqisi ənənəsini yenidən xatırlatdığını ifadə edən müğənni insanların qlobal çətinliklər səbəbiylə yaşadığı mədəni yaddaş itkisinin qarşısını almaq istədiyini deyib.

"Mənim pulum, malım, mülküm var, bura yalnız albom satmaq üçün deyil, eyni zamanda əhəmiyyətli bir mesaj vermək üçün gəldim. Ümid edirəm ki, bu albom, varisləri olduğumuz möhtəşəm ənənənin və sivilizasiyanın bir zikri, bir xatırlatması kimi xidmət edir və dua edirəm ki, nəticəsi nə olursa olsun bütün dinləyənlər bu müqəddəs musiqidə bir yuva, bir rahatlıq və bir dinclik tapa biləcəklər".

Türkiyəyə dəfələrlə gəldiyini xatırladan Sami Yusuf "Türkiyə çox inkişaf edən bir ölkədir, bəzi insanlar Türkiyənin güclü, inkişaf etmiş bir ölkə olmasını istəmir. Sui-qəsd nəzəriyyəçi deyiləm, onların kim olduqlarını bilmirəm. Lakin Allah hər şeydən və hər kəsdən böyükdür", deyə danışdı.

"İslam mədəniyyətləri arasında ən ovsunlayıcı olanı Türk mədəniyyətidir. Bunu bu gün burada olduğum üçün söyləmirəm. Türk mədəniyyəti xüsusilə musiqi və şeir mənasında çox geniş, fövqəladə və ovsunlayıcı bir mədəniyyətdir. Albomumda da Yunus Emre, Sultan 3. Muraddan nümunə mahnılar səsləndirdim."

"Türkiyədən adını vermək istəmədiyim məşhur bir CEO 2009-cu ildə mənə zəng elədi və mənə "İslami mahnıları daha çox oxumalısan. Sənin kimi Mustafa Ceceli deyə biri var" dedi və Ceceliden bəhs edib, onu nümunə verdi. Mən adamın bunu məndən reklam, pul qazanmaq üçün istədiyini düşündüm və pul alaraq mahnı söyləmək söz mövzusu olduğu zaman işin dəyəri itir, o səbəbdən qəbul etmədim."

Yusuf albomlarını və mahnılarını İslami musiqi deyə adlandırmadığını vurğulayaraq, "Mən bir musiqiçiyəm, musiqi bəstələyirəm. Onsuz da pop musiqi dinləyərək böyümədim və heç bir zaman pərəstişkarı olmadım. Daha çox ənənəvi musiqilər dinlədim", dedi

Bir müddət əvvəl Sami Yusuf "Əhli-Beytə mahnı həsr edib.
Sami Yusuf ötən il Bakıda konsert verib. Konsert zamanı ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə qoyub. Sami Yusuf konsertdə "The Centre adlı albomunda yer alan musiqiləri, həmçinin "Sarı gəlin və "Küçələrə su səpmişəm mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.