Yunanıstanın yerli televiziyasının yaydığı məlumata əsasən, həmin ölkədə içərisində türk hərbçiləri olan vertolyot eniş edib.

Həmin əsgərlər Türkiyədəki hərbi çevrilişə cəhdlə birbaşa əlaqəli ola biləcək şəxslərdir.

Həmçinin məlumatda qeyd olunur ki, sözügedən hərbçilər Yunanıstan hökumətindən siyasi sığınacaq da istəyiblər.

Qeyd edək ki, ötən gecə Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı 200-ə yaxın şəxs ölüb, 2000-dən çox hərbçi isə həbs edilib.