Türkiyədə hərbi qiyam sonrasından sonra yayılan görüntülər insanları şoka salır. Ölkədə Twitter-ə girişin yenidən bərpa edilməsindən sonra insanlar əsgərlərin öldürülməsinə kəskin etiraz ediblər. Yeni yayılan görüntülərdən məlum olub ki, saqqalı şəxslər təslim olan əsgərləri öldürüblər.

Türkiyədə son baş verən hadisələr nəticəsində 161 nəfər həyatını itirib, 2859 nəfər isə həbs edilib. Unikal.org xəbər verir ki, həbs edilənlər içərisində olduqça yüksək vəzifə tutan hərbçilər də var.

Hərbi qiyamla bağlı açıqlama verən Baş nazir B.Yıldırım bu planı hazırlayanların hamısının cəzalandırılıcağını deyib: "Bu bir demokratiya bayramıdır. Bütün günahkalar hüquq yolu ilə cəzalandırılacaq. Onlar PKK-dan da açlaqdırlar"