Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə silahlı basqın edən qiyamçı əsgərlərdən 7-si yaxalanıb.

Unikal.org-un cnnturk-ə istinadən məlumatına görə, yaxalananlar İzmirə gətirilib. Saxlanılan əsgərlər arasında Skorsky helikopterini sürən pilot polkovnik Murat Dağlı da var. Onlar saxlanan kimi rütbələri sökülüb.

Bu əsgərləri İzmir 2-ci qırıcı təyyarə bazasına aparıblar. Bu yüksək rütbəli 7 hərbiçi əvvəlcə, sağlıq yoxlamasından keçirilib. Sonra isə Terrorla Mübarizə Şöbəsinə aparılıb.
Yaxalanan hərbiçilərdən yaralı olan dəniz kapitanı Haldun Gülmez isə polis nəzarətində Çiğli Dövlət Xəstəxanasına yerləşdirilib.