Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdarlarına müraciət edib.
Unikal.org-un xəbərinə görə, Ərdoğan ABŞ prezidenti Barak Obamaya çağırış edərək, Fətullah Gülənin deportasiya edilməsi və ya Türkiyəyə təhvil verilməsini tələb edib.
"Onun xəyanət etdiyini şəxsən Sizə demişdim, amma dinləmədiniz. İndi bir daha çağırış edirəm. Pensilvaniyadakı o şəxsi bizə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa, o zaman tərəfdaşınızın bu çağırışını yerinə yetirin deyə, Ərdoğan ABŞ prezidentinə səslənib.
Ərdoğan hazırda vəziyyətin nəzarətdə olduğunu da qeyd edib.
O, Türkiyə Silahlı Qüvvələri ilə xalqı üzə-üzə gətirmək istəyənlərin olduğunu vurğulayıb və hərbi çevirilişə cəhd edənlərin Türkiyə Silahlı Qüvvələri içərisində azlıqda qalan qrup olduğunu təkrarlayıb.