Türkiyə xalqı ölkənin birliyi uğrunda meydanlara axın edir.

Unikal.org "Report"a istinadən bildirir ki, ötən gün Türkiyədə baş verən hərbi çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın çagırışıyla bir sıra şəhərlərdə olduğu kimi İstanbulda da insanlar meydanlara axın edir, dövlətə dəstəklərini, hakimiyyətlə birliklərini nümayiş etdirirlər. Böyükdən-kiçiyə hər kəs əllərində ay-ulduzlu bayraqları dalğalandıraraq baş verən silahlı ixtişaşların səbəbkarlarını şiddətlə qınayır,"İradəmiz,mübarizəmiz güclüdür, kimsə önümüzü kəsə bilməz","Mövzu əgər vətənsə dünyanın şah damarını kəsərik" kimi şüarlar səsləndirirlər.