Şəkidə 50 yaşlı kişi intihar edib.
Unikal.org xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 16-ı axşam saat 19:30 radələrində Şəki şəhəri, İ. Həmidov küçəsi ev 22 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Ağəli Yusif oğlu İsmaylovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Aparılan araşdırma zamanı 50 yaşlı A. İsmayılovun hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.