Aktrisa Pərvin Abiyevaötən gün toy məclslərindən birində çəkilən fotosunu paylaşıb.

Unikal.org big.az-a istinadən xəbər verir ki, P.Abiyevanın yarıqlı ağ libası müzakirələrə yol açıb.

İzləyiciləri aktrisanı türkiyəli aktrisa Neslihan Atagülün gəlinliyindən geyindiyi üçün "ağ yuyub, qara səriblər". "O gəlin idi, geyinmişdi, bəs sənə nə olub?"deyən izləyicisi isə aktrisanı əməlli-başlı əsəbləşdirib.

Aktrisa yazılanlara belə cavab verib:

"O zəif gözlərini aç, diqqətlə bax. Mən bu paltarı alanda 3 il bundan öncə Neslihanın adı it dəftərində də yox idi. Odur ki, düşüncəsiz danışmadan öncə diqqətli ol. Mən kiminsə toyuna belə geyinirəmsə, Neslihan öz toyuna geyinir. Yəqin ki, tutdun nə demək istədiyimi. Belə də ki, xoşun gəlmir, xoş getdin. Mən həmişə özümə məxsus olmuşam. Heç kimi təkrarlamıram. Çünki mən Pərvinəm".

Qeyd edək ki, Pərvin Abıyeva bir neçə həftə öncə türk aktrisaları ilə görüşüb, yemək yeyib. Aktrisamız "Kara sevda" serialında Nihan obrazı ilə gündəmdə olan Neslihan Atagül və "Kış günəşi" serialında rol alan Başak Parlak ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb.

Pərvin "çörək kəsdiyi" Nihan haqda: "Onun adı it dəftərində də yox idi" - FOTO

Pərvin "çörək kəsdiyi" Nihan haqda: "Onun adı it dəftərində də yox idi" - FOTO