4-cü uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən müğənni Elnarə Xəlilova oğluna Ərtoğrul adını verib.

Unikal.org Big.az-a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə bildirib:

"Baxmayaraq ki, 4-cü uşaqdır, ilk dəfə qeysəriyyə əməliyyatı elətdirdim. Digər 3 uşaq baş gəlişi olduğu üçün təbii yolla dünyaya gəlib. Bu eybəcər (göz qaytarıram) sağrı gəlişi olduğu və iri döl olduğu üçün məcbur əməliyat oldum. Amma peşman deyiləm. Balamın canı sağ olsun. Allahdan övlad arzusunda olanların sağ-slamat övlad payı diləyirəm. Hazırda övlad gözləyənləri Allah özü sağ-salamat dardan qurtarsın".