"Danışıqlarda heç bir irəliləyiş olmayıb" 

Bunu erməni mətbuatına verdiyi açıqlamada Erebuni polis bölməsinin binasını tutan silahlılardan biri Pavel Manukyan bildirib. O, girovların özlərini yaxşı hiss etdiklərini və xüsusi təyinantlıların hücumu zamanı belə onları sağ-salamat olması üçün əllərindən gələni edəcəklərini bildirib. 

Danışıqlarda polis rəhbərləri, hər hansı aqressiv addımlar atmamağa çağırıb. Manukyan buna razılaşdıqlarını və güc strukturlarının səhər saatlarına kimi girovların azad edilməsi ilə bağlı hər hansı əməliyyat keçirməməyə söz verdiklərini bildirib.

Ermənistanda girovlar arasında ölən var
Bununla belə xüsusi təyinatlı polis bölmələri və hüquq mühafizə orqanları döyüş vəziyyətinə gətirilib.Ancaq hələ ki, əməliyyat barədə heç bir əmr verilməyib. Bunu Ermənistan polis rəisinin müavini Unan Poqosyan bildirib. Yerli jurnalislər Poqosyanın silahlıların içi polislə dolu binaya necə daxil olduğunu sual verib.

Poqosyan yaralıların xəstəxanalara yerləşdirildiyini və bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerindən həlak olmuş polis polkovniki Artur Vanoyanın meyiti də artııq ərazidən çıxarılıb. Poqosyan eyni zamanda təsdiq edib ki, binaya daxil olanlar silahları içəridəki saxlancından götürməyib.Onlar əvvəldən silahlanıblar ki, bu da hücumun əvvəlcədən planladıırıldığını deməyə əsas verir.