ANS-in Vaşinqton bürosunun rəhbəri, tanınmış telejurnalist Qənirə Ataşova xidmət hərəkatının lideri Fətullah Güləndən müsahibə alıb.

Unikal.org xəbər verir ki, sözügedən müsahibədən foto görüntü sosial şəbəkədə paylaşılıb. F. Gülənlə müsahibənin bu gün ANS-in axşam efirində yayımlanması gözlənilir.

Qeyd edək ki, Fətullah Gülən dünən Türkiyədə baş verənlərlə bağlı mətbuat konfransı keçirmişdi. Maraqlıdır ki, Türkiyədən heç bir jurnalist tədbirə buraxılmamışdı.