Heydər Əliyev Beynəlxalq Hava Limanıda gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar vardır. Plastik kartlarla ödənişlər qəbul olunur, və həmçinin nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir.

Bu sözlər AZAL-ın rəsmi internet səhifəsində yazılıb. 

Həqiqətən də müasirliyi ilə dünya standartlarına cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanı ölkənin ən böyük əsas hava limanıdır. Amma təssüflər olsun ki, AZAL-ın internet səhifəsində yazıldığı kimi deyil əksinə burada nəinki gömrüksüz ticarət mağazaları, heç 1 manata adi bir stəkan su almağa imkan yoxdur.


Unikal.org-un əməkdaşı son şənbə günü Hava Limanının əsas Korpusunda olub və burada fərqli mənzərə ilə rastlaşıb. 

Əvvala qeyd edək ki, Hava Limanı şimal-şərqdə, Bakı şəhərindən 20 kilometr məsafədə yerləşir və şəhərlə iki müasir sürət avtobanı ilə əlaqəsi var. Beynəlxalq hava limanında sərnişinlər üçün bütün zəruri şəraitlər yaradılsa da, burada ticarət mağazalarına rast gəlmək mümkün deyil. 2014-cü ildə unikal memarlıq üslubu ilə seçilən (yuxarıdan qanadlarını açmış böyük quşu xatırladır) yeni aerovağzal kompleksinin açılışı olub. Kompleksə təşrif buyuranlar buradan dünyanın müxtəlif ölkələrinə gedə bilir eyni zamanda komleks hər gün müxtəlif tursitləri qarşılayır.

Əslində Azərbaycanın hava qapısı adlandırılan bu ocağa bir girənlər sevinir, birdə ki çıxanlar.


Müasirliyi ilə göz oxşayan Hava Limanı kompleksində cibində pulu olmayan və yaxud qəpik-quruşu olan şəxs əgər susuzlasa və yaxud acsa çətin ki, burada istədiyin tapa.

Kompleksdə cəmi iki markalı Kafe (Sky Cofffe) və restorana (McDonald-™s) rast gəlmək mümkündür. Burada mağaza fəaliyyət göstərmir.

Limanda McDonald-™s mütərilərə ingilis dilində menyu təqdim edir...

Azərbaycanda fəaliyyət göstərən bu şirkət Hava Limanınıda zəbt edib. Burada fəaliyyət göstərən McDonald-™s xidmətləri qiymətlərinə görə digər yerlərdən fərqlənir. Belə ki, cibində 1 manatlıq əskinası olan burada bir stəkan su da içə bilməz. Qiymətlərlə tanış olmaq istəyənlərə yalnız ingilis dilində menyular təqdim olunur. Menyulardakı qiymətlər isə İngiltərədəkindən də yüksəkdir. Burada "Azərbaycan Respublikasının reklam haqqında qanunun tələbləri də kobud şəkildə pozulub.

Qiymət menyusu:


5 manata sadə çay...

Liman Kompleksində çay içmək üçün fəaliyyət göstərən yeganə məkan olan Sky Koffe-də bir stəkan çay içmək üçün 5 manatından keçməlisən. Sadə bir stəkan çay içmək üçün iki stəkanlıq çaynik müştəriyə gətirilir. Əgər şokaladlı çay içmək istəyirsənsə 10 manatından keçməlisən.

Sky Coffe foto


Hava Limanında dollar 150 manata alınır....

Bu Kompleksdə yalnız "Silk Weyə məxsus valyuta dəyişmə məntəqələri fəaliyyət göstərir. Buradan da ən çox turistlər istifadə edirlər. Ölkəyə gələn turistlər bu valyuta dəyişmə məntəqəsinə yaxınlaşır və əllərində olan valyutanı manata çevirirlər. Çevirdikdən sonra peşman olanlara da rast gəlmək mümkündür. Təbrizdən Azərbaycana çarter reysi ilə gələn turist bildirdi ki, əlindəki dolları manata çevirib. Amma çox ucuz qiymətə: "Azərbaycanda dolların kursu 1,56 manat olduğu təqdirdə, məndən dolları 150 manat 50 qəpiyə dəyişdilər. Satış isə 159 manat 70 qəpikdir. Bu necə ola bilər? Biz Azərbaycanının Hava qapısı sayılan Hava Limanında belə halların olmasının tərəfdarı deyilik.


Turistlər öncə qiymətlərə görə ölkələrə səfər edirlər. Azərbaycanın qapısında qiymətlər ucuz olmalıdır ki, ölkəyə daxil olanlar narazı qalmasın.

Artıq bu ilin yanvar ayından Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Mərkəzi Bank yalnız valyuta mübadilə əməliyyatlarını bankların baş ofislərində, filial və şöbələrində, eləcə də ödəniş terminalları, poçt şöbələrində həyata keçirilməsinə icazə verir.

Burdan da görünür ki, bu iş yalnız sözdədir.