Şəmkir rayonunun Abbaslı kəndi ərazisində yerləşən meşə zolağında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və xeyli sayda canlı qüvvəsi, həmçinin Gəncədən də yanğınsöndürmə biriqadası cəlb olunub.

Yanğının söndürülməsində kənd sakinləri də köməklik göstərir. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.