Xalq artisti Flora Kərimova uşaqlıq illəri ilə bağlı etiraf edib. 

Unikal.org bildirir ki, o bu haqda Milli.Az-a danışıb:

"Uşaqlıqda çox çılğın bir qız olmuşam. Məhəlləmizdə uşaqlarla oynayanda onları aldatmağı bacarırdım. Nadinc olduğum qədər də ağıllı uşaq idim. Uşaqlar mənə "Floş" deyə müraciət edirdilər. Bilirdilər ki, bu ləqəb mənim xoşuma gəlmir. Anam bəzən bir şey tapşırıb dükana göndərirdi ki, nəsə alım. Amma mən gedib pulun hamısını özümə xərcləyirdim. Təbii ki, sonra anam bu əməlimə görə məni cəzalandırırdı".