22 Oktyabr 2019
21 Oktyabr 2019
Sabirabadda vəziyyət pisləşdi
Sabirabadda  vəziyyət pisləşdi İQTİSADİYYAT 12:44 2012-06-09

Sabirabadda  vəziyyət pisləşdi
Sabirabadda
vəziyyət pisləşdi
İlham Əmiraslanovun həbsi bir neçə kəndin əhalisini ayağa qaldırıb

Bir neçə gün əvvəl Kür daşqınları ilə bağlı Bakıya yürüş etməyi planlaşdıran Sabirabad sakinlərindən biri -,Əsgərbəyli kənd sakini İlham Əmiraslanov saxlanılıb. Bu barədə onun qardaşı Xəlil Əmiraslanov məlumat verib.
Xəlil Əmiraslanov deyib ki, qardaşının səhhətində problemlər var, ona görə də bu gün səhər Sabirabada dərman almağa gedibmiş. "Bizə zəng etdilər ki, o evə gələndə bir neçə maşında olan mülkigeymlilər mikroavtobusu saxlatdırıb və onu aparıblar. Avtobus sürücüsünün dediyinə görə, 3 avtomobil olub. Onlar avtobusun qabağını kəsiblər və İlhamı düşürüb aparıblar. İndi biz qalmışıq belə, heç yerdən dəqiqləşdirə bilmirik ki, o hara aparılıb, onu kim və niyə görə aparıb".
Həbs olunan şəxsin qardaşı deyir ki, daşqından zərərçəkənlərin Bakıya planlaşdırılan yürüşü Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov rayona səfərindən sonra təxirə salınıb və qardaşının həmin aksiyaya görə aparılmasına inanmır. "Rayonda sakitlikdir, hamı nazirin dediyi məsələlərin həll olunacağını gözləyir".
Sabirabad Rayon Polis İdarəsindən isə deyiblər ki, hələki idarəyə elə bir adam gətirilməyib: "Saxlanılıbsa, yəqin bir azdan gətirərlər, amma hələki idarəyə belə bir adam gətirilməyib".
2010-cu ilin daşqınlarından sonra yaradılan "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı da İlham Əmiraslanovun axtarışlarını davam etdirir. Hələki onun kim tərəfindən hara aparıldığı müəyyən deyil. Günün sonunda isə məlum olub ki, İlham Əmiraslanov dünən günorta saatlarında 10-a yaxın əliavtomatlı, qaramaskalı xüsusi təyinatların müşayiəti ilə evə gətirilib: "Qardaşımı düşürdülər. Gətirdilər evə. Silahlıların əhatəsində girdilər zirzəmiyə, əlində də ağ salafan torba vardı. Orda silah var idi, narkotik maddə var idi bilmədik? Onu tez də mindirdilər maşına, apardılar. Özləri nə isə düzüb qoşublar. Bilmirik hara aparıblar".
Xəlil Əmiraslanov deyir ki, kənd sakinləri rayon icra hakimiyyətinə yollanıb qardaşının həbsinin səbəblərinə öyrənmək istəyiblər.
Xatırladaq ki, İlham Əmiraslanov bir neçə gün əvvəl mətbuata daşqından zərərçəkən rayon sakinlərinin Bakıya yürüş planlaşdırdığını demişdi. Lakin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rayona səfər edib narazılarla görüşündən sonra yürüş təxirə salınmışdı.
Günün sonunda rayondan aldığımız məlumat isə Sabirabadın bir neçə kəndində vəziyyətin ağır olması ilə bağlı olub. Məlumatlarda deyilir ki, İlham Əmiraslanovun həbsindən hiddətlənən bir neçə kəndin sakinləri ilk olaraq rayona yürüş etmək istəyiblər. Lakin onun ailə üzvləri məsələlər dəqiqləşənə kimi, səbirli olmağı məsləhət biliblər. Həmin məlumatlarda deyilir ki, bu gün səhər Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısına yığışmaq barədə qərar qəbul olunub. Onlar həbslə bağlı məlumat almaq istəyirlər.
Namiq Əlibəyli