Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul tarixində dövlət çevrilişinə edilən uğursuz cəhdə münasibətini bildirib və dünya mediasına müraciət edib.

Unikal.org aznews.az-a istinadən bildirir ki, Türkiyə prezidenti çıxışı zamanı dünya mediasına səslənib:
"Beynəlxalq media qurumlarının məsul şəxslərinə səslənirəm. Ey dünya mediası, ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bu beynəlxalq media gedib Ben Ladendən müsahibə alsaydı, bu məsələyə necə baxardınız? Müsbət yanaşardınız? İndi Türkiyədə çevriliş cəhdi edən şəxsdən, ABŞ-da verdiyiniz 400 kv.m ərazidə məskunlaşan bir terrorçudan reportaj hazırlayan media qurumuna qarşı necə isti münasibət bəsləyə bilərsiniz?".