Naxçıvanda qətl törədilib.

Unikal.org APA-ya istinadən bildirir ki, hadisə Şərur rayonu Oğlanqala kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Vəli Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı, 1989-cu il təvəllüdlü Cavidə Məmmədovanı döyüb. Xəstəxanaya yerləşdirilən C.Məmmədova orada ölüb.
Hadisəni törədən V.Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.