Məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Ukrainskaya pravda saytı məlumat yayıb. 
Hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcı olduğu "Radio Vestiyə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın "Ukrainskaya pravdanınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.
Polis əməkdaşları hadisə yerində təhqiqat aparır.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü P. Şeremet son 5 ildə Ukraynada yaşayıb. Daha əvvəl isə Rusiyanın "1-ci kanalında həftəlik analitik proqram "Vremyanın aparıcısı olub. 2008-ci ildə televiziyanı tərk edib və məşhur "Oqonyok jurnalında redaktor vəzifəsində çalışıb.