Ermənistanın paytaxtı İrəvanda polis əməkdaşları müxalifətçilərə qarşı güc tətbiq edib.

Unikal.org azvision.az-a istinadən bildirir ki, ötən gün İrəvanda silahlılar tərəfindən ələ keçirilən polis idarəsinin qarşısında keçirilən etirazlar zamanı İrs partiyasının funksioneri David Sanasaryan, gənc fəallar Andranik Aslanyan və Artur Sarkisyan polislər tərəfindən vəhşicəsinə döyülüblər.

Erməni saytına açıqlama verən Artur Sarkisyan bildirib: "Polislər bizi zorla maşına salaraq vəhşicəsinə döydülər. Başıma 15-dən çox zərbə vurdular, nəticədə baş nahiyəmdən zədə almışam. Polislər sonra maşından düşürdərək bizə təpiklə vurdular və ünvanımıza söyüşlər söydülər. Dedilər ki, bundan sonra heç nə əvvəlki kimi olmayacaq, güc tətbiq ediləcək".

Qeyd edək k, İrəvanda ələ keçirilən polis idarəsinin qarşısında müxaliflər tərəfindən etiraz aksiyası keçirilib. Aksiya zamanı qarşıdurma yaşanıb. 4 polis əməkdaşı xəsarət alıb. Qəzəbli kütlə Sarkisyanın istefasını tələb ediblər.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ötən gecə Yerevanda nümayişçilər barrikadalar qurub və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf "Molotov kokteyl"ləri atıblar.