Türkiyənin Trabzon vilayətinin qubernatoru Maçka bölgəsində polislərə hücumla bağlı açıqlama verib.

Unikal.org DHA-ya istinadən bildirir ki, Maçkadakı hücum zamanı iki polis həlak olub, 5 polis və 1 mülki şəxs yaralanıblar.

Hücum polislərin Maçka rayonundakı Gümüşhane bölgəsindəki tunelin önündə, polisin patrul keçidi zamanı reallaşdırılıb. Naməlum şəxslər polislərə yaxınlıqdakı meşəlikdən atəş açıblar.

Olay yerində axtarışlar aparılır.