Serj Sarkisyanın üç gün ərzində susması onun faktiki olaraq istefa prosesini başlatmasını göstərir.

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu "Azadlıq" radiosunun Ermənistan bölümünə açıqlamasında erməni siyasətçi Paruyr Ayrikyan söyləyib.

Onun sözlərinə görə, Sarkisyan artıq "Sasna Tsrer" qruplaşmasının tələblərini yerinə yetirməyə başlayıb:
"Fikirləşirdim ki, o, uzun müddət dözəcək, amma proseslər faktiki olaraq onun istefa verdiyini göstərir. Mən bu qruplaşmanın bir neçə üzvünü tanıyıram. Əminəm ki, onlar siyasi yollarla həll variantı tapmağa çalışıblar. Görünür, sonuncu referendum onlara başqa çıxış yolu qoymayıb".

Qeyd edək ki, bir müddət öncə Erebunidəki Patrul-mühafizə polkuna hücum olunub. Binanı ələ keçirən qiyamçılar J.Səfilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb ediblər. Artıq dörd gündür ki, qiyamçılar Patrul-mühafizə polkunun binasına nəzarət edirlər.