Ağdamrayon sakini,Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlüHümbət Saleh oğlu Əhmədovüzərinə benzin tökərək özünü yandırıb.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Ətrafda olan şəxslər alovu söndürərəkonu AğdamMərkəzi Rayon Xəstəxanasına çatdırıblar.Xəstəxanadan Hümbət Əhmədova ilkin yardım göstərildiyi bildirilib.

YaxınlarıHümbət Əhmədovun Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğunu deyiblər.