Sumqayıtda dənizdə batan şəxs xilas edilib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 18:30-da başa çatıb.