Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi "DW nəşrinə müsahibəsində ölkədə terror təhlükəsinin real oduğunu bildirib. 

Unikal.org-un məlumatına görə, Əfqanıstandan olan 17 yaşlı qaçqının Vürtsburq şəhərində elektrik qatarında sərnişinlərə hücumundan sonra ölkədə terror təhlükəsi ilə bağlı ümumi vəziyyəti şərh edərək deyib: "Almaniyanın təhlükəyə prinsipial münasibəti dəyişməyib. 

Onun sözlərinə görə, Almaniyanın artıq çoxdan terrorçuların hədəfində olması məlum məsələdir. Üstəlik, kiçik qruplar və ya təkbaşına hərəkət edən terrorçular tərəfindən də hücumlar gözlənilir. Vətəndaşların müdafiəsi üçün görülən tədbirlərin təfərrüatı isə həmişəki kimi açıqlanmayıb.