Dünyaca məşhur ulduz Miranda Kerr milyarder sevgilisi Evan Şpigellə ailə qurmağa hazırlaşır.

Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, Miranda bu şad xəbəri sosial şəbəkə izləyiciləri ilə bölüşüb. O, Evanın ona evlənmək təklifi etdiyini və üzük taxdığını söyləyib.

Miranda aktyor həyat yoldaşı Orlando Blumdan boşandıqdan iki il sonra, ötən il Şpigerlə eşq yaşamağa başlayıb.