Hər şey müharibəyə doğru gedir?
Hər şey müharibəyə doğru gedir?

Andrey Smirnov: "İran da Ermənistanın Dağlıq Qarabağı itirməsinə imkan verməz"

Son günlər Dağlıq Qarabağ ətrafında baş verən proseslər, cəbhə xəttində atəşkəsin pozulması, ABŞ Dövlət Katibinin regiona səfəri tamam fərqli vəziyyət yaradıb və bu vəziyyət daha çox müharibə öncəsi üz-üzə gəlmə, psixoloji üstünlük əldə etmə mərhələsinə bənzəyir.
Bu gün analitiklər artıq Dağlıq Qarabağla bağlı danışıqların necə davam etməsini yox, müharibənin nə zaman başlayacağını müzakirə edirlər. Bu baxımdan rusiyalı və ermənilərə yaxınlığı ilə seçilən politoloq Andrey Smirnovun bəzi fikirlərinə diqqət yetirmək yaxşı olardi: "Bu da aydın deyil ki, hər halda Rusiyanın dostu və hərbi-siyasi müttəfiqi kimdi - Ermənistan, yoxsa Azərbaycan? Azərbaycanı silahla təchiz etmək və bu ölkənin vətəndaşlarını hərbi ixtisaslara öyrtəmək Rusiyanın nəyinə lazımdır? Bu, qladiatorların kökəldilməsinə oxşayır! Hərçənd ki belə bir siyasəti qüvvələr balansının qorunub saxlanması da adlandırmaq olar. Ancaq o çoxdan pozulub. Ermənistan Rusiyanın bölgədə yeganə müttəfiqi və KTMT-nın üzvüdür. İrəvanda bütün bu faktlar olduqca ağrılı şəkildə qarşılanır. Ermənistan Rusiyaya lazım deyilsə, o zaman Rusiyanın nüfuz dairəsini böyük məmnuniyyətlə tutası İran növbədə durub".
Həqiqətən də, maraqlı bir vəziyyətdir və bu vəziyyətdə Rusiyanın tutacağı mövqe mühüm olacaq. Hələlik Rusiya müşahidə etməklə məşğuldur. Bunun isə bir neçə səbəbi var. İlk səbəblərdən biri budur ki, ABŞ məsələyə daha ciddi şəkildə müdaxilə edib və son zamanlar ABŞ Azərbaycana daha çox dəstək verir. Digər tərəfdən Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının timsalında Ermənistana dəstək olacaqlarını bildirsə də indi vəziyyət fərqlidir. Çünki Rusiyanın hərəkətə gəlməsi Türkiyə timsalında Türkiyənin də meydana gəlməsi ilə sona çatacaq. Bu səbəbdən Rusiya daha ehtiyatlı olmağa çalışır və hadisələri öz nəzarətinə keçirtməyə çalışır. Buna görə də Rusiya Ermənistan tərəfini məcbur edir ki, lokal gərginliklər yaratmaqla daha ciddi əməliyyatlardan yayınsın. Rusiya yalnız bu formada Ermənistanı nəzarətində saxlamağa və Dağlıq Qarabağ prosesinin olduğu kimi mövcudluğuna çalışır. Bununla yanaşı Rusiyanın Suriya məsələsində də geri çəkilməməlidir. Çünki ABŞ məsələyə nəzarəti tam öz üzərinə götürə bilmişdi və Rusiyanın müdaxiləsi heç bir nəticə vermədi. Halbu ki, Suriya Rusiyaya Ermənistandan dəfələrlə çox lazım idi. Ekspertlər hesab edir ki, hadisələr o şəkildə inkişaf edə bilər ki,
İran da Ermənistanın Dağlıq Qarabağı itirməsinə imkan verməz. O, belə bir ssennari təhlükəsi olanda öz qoşunlarını bölgəyə gətirəcək, çünki bu da İran üçün ölüm-dirim məsələsidir.
Hazırda yalnız bir sual açıq qalır: hansı daha tez başlayacaq - İrana, yoxsa Dağlıq Qarabağa qarşı qüvvə təsiri. Hələ ki hər şey Dağlıq Qarabağ uğrunda müharibəyə doğru gedir və istisna edilmir ki, bu, bu il, ola bilsin ki, ABŞ-da seçkilər zamanı baş verəcək. Əbəs deyil ki, Amerika analitikləri "güc münsifiliyini" arzulayırlar.
Deyəsən, ABŞ-ın daha ATƏT və Rusiyanın qulluğuna ehtiyacı yoxdur.
Lakin önəmli olan bu deyil, əslində Qarabağda nələrin baş verməsi və qarabağlıların gerçəklikdə hansı əhval-ruhiyyəyə köklənməsidir. Qarabağ probleminin həlli nə Ermənistan, nə də Dağlıq Qarabağ prezidentlərinin səlahiyyətindədir. Bu məsələni Ermənistan və Dağlıq Qarabağ əhalisinin razılığı olmadan həll etmək olmaz. Vasitəçilik etməyə cəhd göstərən hər bir kəs başa düşməlidir - Ermənistan və Dağlıq Qarabağ prezidentlərinin bu məsələni həll etməyə səlahiyyətləri yoxdur. Onların heç biri güzəştlər barədə sənədin altından imza qoymağa cürət etməz - hətta xeyli xahiş etsələr və ya məcbur etməyə çalışsalar da.
Çünki belə olan halda Ermənistanda vətəndaş müharibəsinin başlayacağı prezidentlərə məlumdur. Sülhməramlı qüvvələr də boş sözlərdir. Onların gələcəyi halda Qarabağ əhalisi dalaşa başlayacaq.

Toğrul