Bu gün Aralıq dənizini gəmi ilə keçməyə cəhd göstərən miqrantlar növbəti faciə ilə üzləşiblər. Belə ki, gəmidə yaranan qarışıqlıq və sıxlıq nəticəsində 22 miqrant həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatının (MSF) "Twitter" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.

"21 qadın və 1 kişi bu gün Aralıq dənizini keçmək istəyərkən həyatını itirib. Onların cəsədləri hava ilə doldurulmuş qayıqlardan götürülüb, indi onlar "Aquarius" gəmisinin göyərtəsindədirlər", - deyə məlumatda qeyd olunur.