İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında gərginlik davam edir. Tərəflər arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 51-ə çatıb.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən məlumatına görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan açıqlama verib.

"İndiyədək müxtəlif tibb mərkəzlərinə 51 yaralı çatdırılıb, onlardan 28-i polis əməkdaşlarıdır. Xəsarət alanlara lazımı yardım göstərilir. Onların həyatlarına təhlükə yoxdu, deyə A.Aytayan vurğulayıb.