Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "AlJazeerayə müsahibə verib.

Unikal.org "Qafqazinfo xəbər verir ki, ölkə başçısı Türkiyənin hazırkı vəziyyəti, hökumətin quruluşa nəzarəti və görülən digər işlərdən danışıb. Bundan başqa, Ərdoğan müzakirələrə yol açan bir ifadə işlədib.

Belə ki, prezident məlum hadisədən hansı yolla xəbər tutduğunu açıqlayıb:

"Ölkəmdəki hərbi çevrilişə cəhd haqda kürəkənimiz-bacımın həyat yoldaşından öyrəndim.

Qeyd edək ki, qiyam zamanı Ərdoğan Marmarisdəki otellərdən birində dincəlirdi. O, həmin məkanı hərbçilərin gəlişindən bir neçə dəqiqə əvvəl tərk edə bilib.