İngiltərədə şagird müəllimi tərəfindən zorlanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Londonda ancaq qızların təhsil aldığı məktəbin coğrafiya müəllimi Kato Harris şagirdini zorlayıb.

O, qızı günorta vaxtı otağına çağıraraq təcavüz edib. Qız uzun müddət başına gələnləri hamıdan gizlətsə də, psixoloqlar sayəsində zorlandığını dilə gətirib.

Müəllim polis tərəfindən saxlanılıb. O, təcavüz etdiyini boynuna almayıb. Məsələ ilə bağlı araşdırmalar davam edir.

Coğrafiya müəllimi şagirdini zorladı - FOTO