Abşeronda azyaşlı uşaq faciəli şəkildə ölüb.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 59 yaşlı Məhəmməd İsmayılov yaşadığı evin həyətində idarə etdiyi "QAZ-53" markalı yük avtomobili ilə ehtiyatsızlıqdan nəvəsi, 3 yaşlı Cəsur İsmayılovu vuraraq öldürüb.