Astara rayonunda çalışdığı şirkətdən yanacaq oğurlayan şəxslər tutulub. 

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Artupa kəndində fəaliyyət göstərən şirkətdə sürücü işləyən Şahəddin Fərəcov və Elçin Kərimov Astara Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutularaq rayon Polis Şöbəsinə Təhvil veriliblər.

Məlum olub ki, hər iki sürücü qabaqcadan əlbir olaraq şirkətdən 120 litr dizel yanacağı oğurlayıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.