Sevilən xanım sənətçi Röya Ayxanxəbər portallarındaBrilliant Dadaşovanın çimərlik geyiminə münasibət bildirib.

Unikal.org-un milli.az-a istinadən məlumatına görə, Röya sosial şəbəkə hesabında xalq artistinin bikinili fotoları haqda bunları yazıb:

"Canım mənim, mən çox sevinirəm ki, mənim belə ulduzum var! Unutmayaq ki, Ajda Pekkan mayoda bir klip çəkdi və o qadın 75 yaşında bütün yayı mayoların üzü oldu. Hamı ona həsrətlə "bəxtəvərə bax" dedi. Bəs niyə bu gün mən starımı qəbul etməyim?! Dünyaya bir az geniş baxaq. Hər şeyi olduğu kimi qəbul edək. Bəli, mənim məndən yaşca böyük starlarım gözəl görsənəndə mən fəxr edirəm. Rahat olun, azad olun! Bütün jurnalistəri öpürəm, yaxşı ki, varsınız. Çünki sizin sayənizdə səhvi, gözəlliyi görürük. Parisdən salamlar!"

Qeyd edək ki, Brilliant Dadaşovahovuz kənarındagünəşlənərkən gizli kameralardan çəkilən çimərlik geyimindəki fotolarının sosial mediada yayılması müğənnininciddi narahatlığına səbəb olub.