"Hazırda 1000-dən çox ordu mənsubu fərari durumundadır.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bunu "Reutersə açıqlamasında Türkiyə baş nazirinin müavini Mehmet Şimşək deyib.
M. Şimşək Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə "gülənçilərin gücləndiyini etiraf edib: "Bizim dövrümüzdə "gülənçi şəbəkənin sərbəst hərəkət etdiyi doğrudur. Lakin onlar AKP hakimiyyətindən əvvəl orduya daxil olublar. Biz onların ölkə üçün müsbət işlər gördüyünü düşünürdük. Prezident Ərdoğan təhlükəni gördüyü anda lazımi reaksiya verdi.