Bu gün Rusiyanın bombardmançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə bir neçə istiqamətdə intensiv aviazərbələr endiriblər.

Unikal.org "RİA Novosti-yə istinadən xəbər verir ki, İŞİD-in silahlı qruplaşmaları Palmirin şərqində, Homs vilayətində Əs-Suhna, Ərak, Ət-Tybə şəhərləri ətrafında rus hərbi aviasiyasının hədəfinə çevrilibllər.

Bombardman nəticəsində İŞİD-in 2 komanda məntəqəsi, xeyli texnikası, canlı qüvvəsi və sığınacaqları sıradan çıxarılıb.

Əməliyyat zamanı TU23M2 tipli bombardmançıları Su-35 qırıcıları müşayiət edib.

Nail Cəlil