Türkiyəsə 15 İyulda müvəffəqiyyətsizliklə nəticələnən hərbi qiyam cəhdindən sonra qiyamçıları məsuliyyətə cəlb etmək üçün ardından ölkə daxilində başladılan əməliyyatlar davam edir.

Unikal.org-un haberturk.com-a istinadən məlumatına görə, İstanbulda indiyədək 1661 nəfər çevrilişə cəhddə ittiham olunaraq həb edilib. Onlardan 68-i sonradan sərbəst buraxılıb.

İstanbul daxilində şübhəli kimi nəzarətə alınanların sayı isə bu günə kimi 2522 nəfərdir. Həbs olunanlar arasında hərbçilər, güc strukturlarının nümayəndələri ilə yanaşı, çevriliş cəhdinə dəstək verməkdə şübhəli bilinən jurnalistlər də var.

İstanbulla yanaşı, paytaxt Ankara, İzmir, Antalyada da qiyama cəhddə iştirakda şübhəli bilinənlərə qarşı çevik əməliyyatlar davam etdirilir.

Antaliyada vali köməkçisi, 1 baş məmur, 6 əsgər nəzarətə alınıb, 1 ordu generalı, 2 polkovnik, 29 hakim və prokuror həbs olunub. Eyni zamanda, 1 baş məmur, 3 prokuror, 12 hakim qaçıb, 1 hakim isə sərbəst buraxılıb.

Nail Cəlil