Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan kafenin dəhlizində quraşdırılmış elektrik sayğacı yanıb. Kafe yanğından mühafizə edilib.

Unikal.org-un APA-ya isitnadən məlumatına görə, Bərdə rayonu, Mirzəalıbəyli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanacaq çəninin başlıq hissəsi və yük hissəsində elektrik naqilləri 0,5 p.m yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Hacıhətəmli kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin yanar hissələri yanıb.