ABŞ-da təyyarə qəzaya uğrayıb. Hadisə İllinoys ştatının Coliet şəhərində baş verib. 

Bildirilir ki, yüngül mühərrikli təyyarə yaşayış evinin üstünə düşüb. Unikal.org-un məlumatına görə, hadisə zamanı yalnız pilot həlak olub. 

Xilasedicilər təyyarə qəzasından sonra meydana gələn yanğını söndürüblər.