Rəsmi Ankara Avropa Şurasının baş katibi Turbyorn Yaqlandı Avropa İnsan Haqları Konvensiyasının ölkədə tətbiqini müvəqqəti dayandırmaq niyyətində olduğu barədə məlumatlandırıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə baş katibin bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, Türkiyə Konvensiyanın 15-ci maddəsinə əsaslanaraq Avropa İnsan Haqları Konvensiyasının ölkədə tətbiqini müvəqqəti dayandırmaq niyyətindədir.

Konvensiyanın 15-ci maddəsi sənədin qismən dayandırılmasını nəzərdə tutur. Bu, fövqəladə vəziyyət rejimi dövründə mümkündür. Bundan əvvəl Fransa və Ukrayna bu imkandan istifadə ediblər.