İngilis paparassisi məşhur ulduz Şeron Stounu görüntüləyib. Unikal.org-un axsham.az-a istinadən xəbərinə görə, aktrisa 10 yaşlı oğlu Kuinn Kelli ilə Beverli-Hillz küçələrində gəzib.

Şeron şəkillərini çəkən fotoqrafla səmimi davranışı ilə diqqət çəkib. O, kameraya gülümsəyib, hətta görüntü də verib.

58 yaşlı aktrisa gəzintiyə hippi-şik stilində uzun və dekolte libasla çıxıb.Daha sonra Stoun, oğlu və köməkçisi avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Kuin Kelli aktrisanın Fil Bronşteynlə ayrıldıqdan sonra övladlığa götürdüyü uşağıdır.