Naməlum şəxslər ABŞ-da yaşayan nurçuluq təriqətinin lideri, rəsmi Ankaranın çevriliş cəhdində ittiham etdiyi Fətullah Gülənin Türkiyədəki evini yandırmaq istəyiblər.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bu gün məlum olan həmin hadisə, bazar ertəsi Türkiyənin şimal-şərqindəki Ərzurum vilayəti, Pasinlər rayonunun Korucuk kəndində baş verib.

Naməlum şəxslər Fətullah Gülənin 1941-ci ildə anadan olduğu və əvvəllər ailəsi ilə yaşadığı boş evin qapısını yandırıblar. Alovu görən yerli sakinlər yanğını söndürüblər.