Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edib.

Unikal.org-un məlumatına görə, ölkə başçısını TBMM sədri İsmayıl Qəhrəman qarşılayıb. Prezident deputatlar qarşısındakı çıxış edib. Ərdoğan hərbi çevrilişə cəhd edənləri əsgər yox, terrorçu adlandırıb:

"Xalqa səslənirəm, meydanları qətiyyən tərk etməyin! Gözləmədiyimiz yerdən növbəti dəfə zərbə gələ bilər.

Prezident millətini tanıdığını, onların tanklar qarşısında qətiyyətlə dayandığını qeyd edib.