Münhendə "Olympia ticarət mərkəzində atəş açan silahlıların axtarışı davam edir.

Unikal.org-un TASS agentlyinə istinadən verdiyi xəbərə görə, xüsusi əməliyyata hərbi helikopterlər cəlb edilib.

Münhenin mərkəzi dəmiryol vağzalı bağlanıb. Polis əhalini evlərindən çıxmamağa çağırıb. Rəsmi məlumata görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, KİV-lər isə 6 nəfərin öldüyünü bildirir.

Münhenin "Olympia ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.