Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi ilə bağlı aparılan araşdırmalar çərçivəsində Doqquz Sentyabr Universitetinin rəhbəri Kamal Abidin Öztürk və daha 2 nəfər vəzifədən uzaqlaşdırılıb.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, Öztürklə yanaşı, 1 professor və 1 dosent də işdən çıxarılıb.
Qeyd edək ki, Kamal Abidin Öztürk çevriliş cəhdinin əsas təşkilatçılarından olan sabiq Hərbi-Hava Qüvvələri komandanı Akın Öztürkün qardaşıdır.