Paytaxtın Nizami rayonu ərazisində yol qəzası baş verib.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, Qara Qarayev prospekti ilə hərəkət edən "Daewoo" markalı avtomobil qarşı tərəfdən gələn 12 saylı marşrut avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 3 nəfər - minik avtomobilinin sürücüsü və sərnişin, həmçinin yol kənarında olan bir piyada xəsarət alıb.