Almaniya futbol yığmasının üzvü Mario Qomez evlənib. 
Unikal.org axşam.az-a istinadən məlumatına görə, "Beşiktaş"dan bu yay ayrılan futbolçu 5 il əvvəl tanış olduğu 36 yaşlı model Karina Vançunqla ailə qurub.
Yaxınların və qohumların iştirak etdiyi nikah mərasimi Münhendə baş tutub. Daha sonra cütlük gəlin maşını kimi köhnə avtobusdan istifadə edərək toylarına gediblər.