"Vidadi Zeynalovun səhhətində problem yaranıb .
Unikal.org xəbər verir ki, bunu APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov deyib. O bildirib ki, V. Zeynalovla dünən görüşüb: "O, bel ağrılarından əziyyət çəkir və müayinə olunmaq istəyir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.